Nəslimiz ve onlardan bizə qalan...
Zaman keçir amma xatirələr heçvaxt köhnəlmir. Onlar ya bizim qəlbimizdə ya da balaca bir çərçivədə yaşayır... Xatirələrin qəlbimizdəki yaşam müddəti bizim ömrümüz qədərdir yəni biz öldükdən sonra onlarda bizimlə birlikdə ölür lakin şəkillərdəki xatirələr biz və bizdən öncəki nəsillərimizin yaşanmışlıqları yenə nəsildən nəsilə ötürülərək uzun müddət yaşayır... Elə bu səbəbdən də ulu babalarımız, nənələrimiz və böyüklərimizdən bizə qalan şəkillər çox dəyərli və diqqətə layiqdir. Dediyim kimi bu şəkillərdəki insanlar yalnızca bir neçə üz və ya bədəndən ibarət deyil. Onlar həmdə bizim nəslimiz və haradan gəldiyimizin maddi olaraq isbatıdır.
Məhşur Fransız filozofu Ernest Renan deyir ki xatirələri isti olmayan kimsə üçün hər halda qış çox soyuq keçər. Bu gün məsafələrin və zaman məhvumunun bizləri qovuşdurmadığı qış təəssüf ki həmişə var olacaq amma nəslimizi onların və də özümüzün xatirxatirələrini yaşatmaqla isinəcəyik. Unutmamalıyıq ki bizim nəslimiz də keçmişdə bizə isti xatirələr və o xatirələrin yaşadıgı şəkillər miras qoyub. Biz o mirasa göz bəbəyimiz kimi baxmalı onları unutmamalı yaşadıgımız müddət və sonrasında da yaşatmalıyıq. Nəslimiz səhifəsində də siz bu isti xatirələrlə tanış olacaq onları yaşadacaqsınız.
Son olaraq unutmamalıyıq ki heçbirimiz əbədi deyilik bizim də özümüzdən sonra uzunmüddətli qoyacagımız tək miraz şəkillərimiz olacaq. Elə buna görədə gəlin yaşayaraq yaşadaq!